Çərşənbə , Aprel 24 2024
azfa

Bəşəriyyəti fəlakətə salan Çin koronavirusn qəsdən yaradıb yaydığına görə məhkəməyə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bugünlərdə ABŞ-lı bir qrup vəkil, Çin koronavirusu olan COVİD-19 xəstələrinin ilk müəyyən edildiyi ölkə olaraq bilinən Çini məhkəməyə verdi.

Köhnə ABŞ prokuroru Larry Klayman və Freedom Watch tərəfndən Çin hökümətinin və bir sıra şəxslərin verildiyi məhkəmədə, 20 trilyon dollar təzminat istənilməkdədir.

Virusun Wuhan Virusologiya İnstutunda istehsal edildiyini və buradan bütün dünyaya yayıldığını bildirən vəkillər, Çinli vəzifəliləri terrorizmə maddi dəstək təmin etmə, ABŞ vətəndaşlarının zərər görməsinə və ölümünə yol açmaq üçün sui-qəsd qurma və biolojik hücum ilə günahlandırırlar.

Bunlara əlavə olaraq, Cümhuriyyətçi Partiya üzvü aktivist vəkil Klaynman və həmkarları, COVİD-19 Virusu haqqında dünyanı xəbərdar edən Çinli həkimlərin susdurulduğunu da bildirir.  Keçdiyimiz fevral ayında Wuhan Mərkəz xəstəxanasında işləyən bir həkimin, virusun erkən zamanlarında virus ilə əlaqəli xəbərdarlıq etdiyi üçün polislər tərəfindən susdurulmaq istəndiyi də ortaya çıxmışdı.

Qeyd edək ki, Çin koronavirusun yayıldığı müxtəlif dövrlərdə çox sayda həkimi bu virusun yayılması ilə bağlı xəbər yaydıqlarına görə həbs edib və bir neçə həkim bu məsələ ilə əlaqədar yoxa çıxıb. Üstəlik Çin kommunist rejimi Çin koronavirusunun yayılmasını gizlətmə, virusa yoluxanların xarici ölkələrə səfərini təşkil etmə, Çinin vəziyyətini ağır elan etməklə birjanın qiymətini rekord səviyyədə aşağı salmaq və bundan sonra Qərbin Çindəki yüksək texnologiya ilə işləyən zavodlarının səhmini ən aşağı qiymətə almaqla bu antibəşər rejimin bəşəriyyətin məhvi hesabına dünyaya kələk gəldiyi ortaya çıxır.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın