Şənbə , Aprel 20 2024
azfa

Bəşəriyyəti təhlükəyə salmış Çindən növbəti türk düşmənliyi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bəşəriyyəti dəhşətli təhlükə ilə üz-üzə qoyan Çin hər fürsətdə türkə qarşı düşmənçiliyini sübut edir.

Çin yeni tip koronavirusla mübarizə üçün Ermənistana tibbi ləvazimatlar yollayıb.

Çinin göndərdiyi qutuların üzərində yazılan ifadə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, Çin dövləti Türkiyənin ərazi bütövlüyünə şübhə altına alıb.

Qutuların üzərinə “Dostluğumuz Ağrı dağından daha yüksək və Yantszı çayından daha uzun olsun”, – ifadəsi yazılıb.

Qeyd edək ki, Ağrı dağı Türkiyənindir. Gözü hər zaman qonşu torpağında olan Ermənistan bu əraziləri də “dədələrindən qalma” hesab edir.

Həmçinin yoxlayın

İranın İraqdakı terrorçu qrupları ciddi hücuma məruz qaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranın İraqdakı yetişdirdiyi terrorçu qrupları ciddi hücuma məruz …

İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan raket sistemini vurub

GADTB: İsrail 3 F-35 qırıcı təyyarəsi ilə İranda nüvə obyektini qoruyan Hava Hücumundan Müdafiə sistemini …

Bir cavab yazın