Cümə , Aprel 19 2024
azfa

Bakıda Afrin Zəfər Festivalı keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 28-də Bakıda “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə “Hanlı Pazar” Ticarət Mərkəzində “Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!” şüarları altında Afrin Zəfər Festivalı keçirilib.

Festivalda Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatları, media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak ediblər.

Tədbirdə Milli Məclisin deputatları Adil Əliyev, Aqil Abbas və Qənirə Paşayeva çıxış edərək bildiriblər ki, Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün, tərəqqinin təmin olunmasına xidmət edir.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət – iki dövlətik” ifadəsi müasir dövrdə Azərbaycan–Türkiyə münasibətlərinin məzmununu və yönünü aydın göstərir.

Türk ordusunun Suriyanın şimalında “Zeytun budağı” adı altında terrorçulara qarşı həyata keçirdiyi əməliyyatın əhəmiyyətindən danışan natiqlər bildiriblər ki, qardaş ölkə heç zaman ərazi bütövlüyünə zərər gəlməsinə göz yuma bilməz. Türkiyə ordusu beynəlxalq terrorizmə qarşı mübarizə aparır və Azərbaycan bütün məsələlərdə olduğu kimi bu haqq işində də qardaş ölkənin yanındadır.

Qeyd edilib ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir. Türkiyə hökumətinin bəyan etdiyi kimi, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır.

“Bu gün Azərbaycan da terrordan əziyyət çəkir. Neçə illərdir ki, Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalır. Lakin beynəlxalq aləmin ikili siyasəti bu gün dünyada terrorizmin genişlənməsinə səbəb olur. Bizim də erməni separatçılarıyla mübarizəmizin məqsədi həm torpaqlarımızı terrorçulardan azad etmək, həm də bölgədə sabitliyi bərpa etməkdir”,- deyə çıxışlarda vurğulanıb.

Tədbirdə İş adamı, “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklu, “EkoAvrasiya” Məşvərət Şurasının sədri Feramüz Üstün, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mehmet Altay, Reşit Polat və başqaları çıxışlarında türk xalqlarının birliyinin və həmrəyliyinin vacibliyini vurğulayıblar.

Festivalda vətənpərvərlik ruhunda mahnılar, rəqslər, Türkiyənin qədim adət-ənənələrini əks etdirən mədəniyyət nümunələri nümayiş olunub.

 

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın