Çərşənbə axşamı , Mart 19 2024
azfa

Təşkilatın Başqanı Əjdər Tağızadə: Ərdəbil şəhərinin Nəmin mahalının Kanaza kəndində doğulub. İsfahan universitetinin Tarix fakültəsini bitirib. 35 ilə yaxındır ki, Güney Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparır. 80-ci illərin sonlarından başlanan Quzey Azərbaycanın Milli Azadlıq Hərəkatında fəal iştirak edib. 1997-cil ildə BAB-ın yaranmasında xüsusi xidmətlər göstərib. BAB da Ə.Elçibəyin siyasi məsələlər üzrə müavini olub. DAK-ın yaradıcılarından biridir, DAK idarə heyyətinin üzvü və DAK Daimi Şurasının Başqanıdır. İsveçdə 80-ci illərdən Azərbaycan Kültür evinin rəhbəridir. İsveçdə Araz Azərbaycan səsi radiosunun təsisçisi və rəhbəri olmaqla yanaşı, Azərbaycan TV-nin İsveçin resmi dövlət kanalında 4 il rəhbəri olmuşdur. 4 övlad atasıdır. Hazırda İsveçin Malmö şəhərində mühacirətdə yaşayır.