Cümə axşamı , Aprel 25 2024
azfa

Benzinin qiymət artımı üçün irqçi fars rejimə qarşı etirazlar genişlənir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimdən bezən əhali benzinin qiymət artımını bəhanə edərək onlarla şəhərlərdə dünən gecə yarılarına qədər etiraz aksiyası keçiriblər.

20-dən çox şəhərdə, o cümlədən Əhvaz, Xürrəmşəhr, Bircənd, Məşhəd, Gəçsaran, Sircan, Bəndər, Bəndər-Abbas şəhərlərində xalq küçələrə çıxaraq etirazını bildirir.

Noyabrın 15-i axşam saatlarında başlanan kütləvi etirazlar Məşhəd, Əhvaz və Sircanda daha kəskin hal alıb, Sircanda etirazçılar şəhərin neft anbarına od vurmaq istəyərkən polis qüvvələri buna mane olublar. Nəticədə etirazçılarla hökumət qüvvələri arasında baş verən qarşıdurmada 1 aksiyaçı polis tərəfindən öldürülüb.

Həmçinin Tehran, Şiraz, Bəndər Abbas, Kirman, Kərəc, Dezful, Gəçsaran, Abadan, Xürrəmşəhr, Behbəhan, Brucen və bir neçə digər şəhərlərdə də keçirilən kütləvi etirazlarda aksiyaçılar küçələri bağlayaraq rejimə qarşı şüarlar səsləndirərək, benzinin bahalaşması ilə bağlı qərarın ləğv olunmasını tələb ediblər.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın