Beynəlxalq Pen Klubu İran rejimindən siyasi məhbuslara azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Pen Klubu irqçi fars rejimdən siyasi məhbusları azad etməyi tələb etdi.

Klub Twitter səhifəsində paylaşdığı yazdı rejimin koronavirus pandemiyası ilə əlaqədar minlərlə məhbusun azadlığa buraxması iddiasına toxunaraq bildirib ki, İranda səlahiyyətli şəxslər minlərlə məhbusu müvəqqəti sərbəst buraxıb. Lakin hələ də bir çox vicdan məhbusu zindanlarda qalır.

Beynəlxalq Peynəlxalq Klubu rejimin rəsmilərinə müraciət edərək bildirib öz fikir və əqidələrini dinc şəkildə dilə gətirdiyi üçün həbs edilən məhbuslar qeydsiz şərtsiz sərbəst buraxılmalıdırlar.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar bir sıra azərbaycanlı milli-mədəni fəal zaminə buraxılıb. Lakin rejim hələdə azərbaycanlıların, eləcə də beynəlxalq insan hüquqları təşkilatlarının tələblərinə məhəl qoymadan Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini, Məhəmməd Əbdülməhəmmədzadə və s. milli-mədəni fəalları zaminə buraxmayıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın