Beynəlxalq Türk Akademiyası Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mesaj yayınladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli 31 Mart Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə bağlı mesaj ünvanlayıb:

“1918-ci ilin mart ayından başlayaraq iki ay ərzində erməni daşnakları Azərbaycanın fərqli bölgələrində minlərlə günahsız azərbaycanlını, gənc, yaşlı, uşaq və qadınları məqsədli şəkildə və vəhşiliklə qətlə yetirmişdir. Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən bu cür qətliamlara dünya ictimaiyyətinin diqqətini çəkmək məqsədilə 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Beynəlxalq Türk Akademiyası olaraq, soyqırımı qurbanlarına rəhmət diləyir, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, bir daha belə qeyri-insani əməllərin baş verməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyini bu hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq”.

Darxan Kıdırali,

Beynəlxalq Türk Akademiyasının prezidenti

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın