Cümə axşamı , Aprel 25 2024
azfa

Binab Universitetində könüllü seçilən Azərbaycan türkcəsi fənni ləğv edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Binab şəhərinin universitetində öyrəncilərin könüllü seçdiyi Azərbaycan türkcəsi fənni ləğv edilib.

Azərbaycanlı öyrəncilərin illər boyu mübarizəsi nəticəsində Binab Universitetində açılan 2 vahidlik (kredit) Azərbaycan türkcəsi və ədəbiyyatı fənni tədris olunurdu. Dərsliklərin tədrisinə hətta Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi tərəfindən icazə verilmişdi və Universitetin Təlim Şurasında təsdiqləndikdən sonra tədrisə başlanmışdır.

Azərbaycanlı öyrəncilər böyük coşqu ilə həmin könüllü seçilən fənni seçirdilər. Lakin universitetin yeni rəhbərliyini və Ruhani hakimiyyətinin fitnəkarlığı nəticəsində həmin könüllü seçilən Azərbaycan türkcəsi fənni könüllü fənnlər siyahısından çıxarılıaraq, ləğv edilib. Rəsmilər bu barədə hələlik açıqlama verməyib.

Rejimin bu fitnəkarlığı azərbaycanlı öyrəncilərin etirazına səbəb olub

 

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın