Şənbə , Aprel 20 2024
azfa

Binabda təhrif edilərək Mardər qoyulan meydanın adını əhali Ana adına dəyişdirtdirdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejiminin məmurları Güney Azərbaycan şəhərlərində türk toponimləri və hətta məhəllə və küçə adlarını farslaşdırırlar. Bu istiqamətdə Binabda da Ana meydanının adını Madər meydanı yazmışlar. Bu isə azərbaycanlı fəalların ciddi etirazına səbəb oldu.

Nəticədə rejimin yerli məmurları Azərbaycan türklərinin istəyini nəzərə almağa məcbur qalıb və meydana üzərində Ana yazılmış tablonu quraşdırıblar.

Qeyd edək ki, irqçi fars rejimi Güney Azərbaycanda əhalini farslaşdırmaq məqsədilə onların şəhər, kənd və bütün yer adlarını farslaşdırmağa çalışır. Bu isə əhalinin ciddi etirazı ilə qarşılaşır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın