Şənbə , Aprel 20 2024
azfa

Bir həftə öncə rejimin yaxaladığı Yaşar Hüseyinzadə Dəlirdən heç bir xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təxminən bir həftə öncə irqçi fars rejimin Təbrizdə yaxaladığı Təbriz Universitetinin türk dili tələbəsi Yaşar Hüseyinzadə Dəlirdən geç bir məlumat yoxdur.

Sentyabrın 22-də Təbriz Universitetinin türk dili tələbəsi Yaşar Hüseyinzadə-Dəlir irqçi fars rejimin təhlükəsizlik qüvvələridən 30 nəfər silahlı məmur vasitəsilə yaxalanıb.

yaxalanmanın səbəbləri, fəalın harada olduğu və sağlıq statusu barədə məlumat verilmir.

Azərbaycanlı fəal Hüseynzadə Təbrizin Qətran məhəlləsində tutulub. Hadisə yerində olan şahidlərə görə, təhlükəsizlik qüvvələri Yaşarı həbs edərkən zorakılığa əl atıblar, daha sonra onu naməlum yerə aparıblar.

Şahidlər tələbənin tutulmasında bir neçə motosiklet və təhlükəsizlik maşınının iştirak etdiyini bildirdilər.

Yaşar Hüseyinzadə Dəlir Təbriz Universitetində türkcə dil və ədəbiyyatı ixtisası üzrə təhsil alır.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın