Cümə , Aprel 19 2024
azfa

BMT-də Beynəlxalq Yenigün-Novruz Günü qeyd olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Yenigün-Novruz Günü ilə əlaqədar BMT-də Azərbaycan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Hindistan, Türkiyə, Türkmənistan, Tacikistan, Pakistan və Özbəkistanın BMT yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Novruz Yemək Festivalı keçirilib.

Festivalda təşkilatçı ölkələrin milli mətbəxlərini, musiqilərini, eləcə də müxtəlif mədəniyyət nümunələrini əks etdirən videoçarxlar nümayiş olunub. Azərbaycanın milli xörəkləri və şirniyyatlarından ibarət xüsusi guşəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə BMT yanında daimi nümayəndələr, beynəlxalq təşkilatların və diasporların təmsilçiləri iştirak ediblər.

Xatırladaq ki, 2010-cu ildə BMT Baş Assambleyası Azərbaycanın təşəbbüsü ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

 

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın