BMT-dən koronavirus pandemiyası ilə bağlı vicdan məhbuslarına azadlıq çağırışı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən aprel ayının 4-də BMT koronavirus pandemiyası ilə bağlı vicdan məhbuslarına azadlıq tələb edib. Təşkilat bütün ölkələrə, xüsusilə İran rejiminə çağırış edərək siyasi məhbusları və vicdan məhbuslarını azadlığa buraxmağı tələb etdi.

BMT-nin çağırışında bildirilir ki, dövlətlər bu gün dəmir barmaqlıqlar arasında qalan vicdan məhbuslarını dərhal sərbəst buraxmalıdır. BMT-nin rəsmisi Sauro Oskarpoli bildirib ki, vicdan məhbusları əslində heç bir cinayət törətməyiblər və koronavirus pandemiyası dövründə onların sərbəst buraxılması lazımdır.

Qeyd edək ki, irqçi fars rejim beynəlxalq təşkilatların və azərbaycanlıların çağırışlarına baxmayaraq hələ də tanımış azərbaycanlı fəallar və azərbaycanlı vicdan məhbusları, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini, Məhəmməd Əbdülməhəmmədzadə və s. milli-mədəni fəalları sərbəst buraxmayıb.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın