Cümə , Aprel 19 2024
azfa

BMT koronavirusdan milyonlarla insan öləcəyi barədə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Antonio Quterreş telekonfrans vasitəsilə keçirdiyi mətbuat toplantısında dünyada yayılmağa davam edən koronavirusla bağlı bəyanatlar verib.

Birləşmiş Millətlər Təşkilatı yeni növ koronavirus epidemiyası ilə bağlı xəbərdarlıq edib.

BMT-nin  baş katibi Antonio Quterreş  yeni növ koronavirusla bağlı deyib: ”Virusun xüsusilə dünyanın ən müdafiəsiz bölgələrində yayılmasına imkan versək milyonlarla insan öləcək”.

Antonio Quterreş telekonfrans vasitəsilə keçirdiyi mətbuat toplantısında dünyada yayılmağa davam edən koronavirusla bağlı bəyanatlar verib.

Virusun yalnız  insanlara deyil, qlobal iqtisadiyyata da mənfi təsir göstərdiyini  bildirən Quttereş  Beynəlxalq Əmək Təşkilatının virus səbəbindən dünyadakı işçilərin  3,4 trilyon dollar itkisinin ola biləcəyini vurğuladığını xatırladıb.

Milli səviyyədə görülən tədbirlərin qlobal səviyyədə yaşanan böhrana kifayət qədər faydasının olmadığını bildirən Antonio Quterreş G20 ölkələrinə koronavirusla mübarizədə inkişaf etməkdə olan ölkələrə kömək  etmələri ilə əlaqədar çağırış edib.

”Ən kasıb və müdafiəsiz  ölkələr ən ağır zərbəni alacaqlar. Virusun  xüsusilə  dünyanın ən müdafiəsiz  bölgələrində yayılmasına imkan versək milyonlarla insan öləcək. Ortaq bir düşmənimiz var və bir virusla mübarizə aparırıq” -deyə Birləşmiş Millətlər Təşkilatının baş katibi vurğulayıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın