Cümə , Aprel 19 2024
azfa

BMT-nin gizli hesabatı: 8 ölkə Türkiyəyə qarşı xüsusi ordu yaratdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Liviyada Türkiyəyə qarşı xüsusi silahlı qrup yaradılıb. Bu fikirlər Birləşmiş Millətlər Təşkilatının gizli hesabatında yer alıb.

Sihalı qrupda 8 ölkədən iştirakçılar daxildir və əsas məqsədləri Türkiyənin Liviya Milli Razılıq Hökumətinə verdiyi dəstəyin qarşısını almaqdır.

Almaniya Xəbər Agentliyinin (DPA) əldə etdiyi 80 səhifəlik hesabatda qeyd olunur ki, 2019-cu ilin iyun ayında 20 nəfərdən ibarət qrup İordaniyadan yük təyyarəsi ilə Liviyaya gətirilib və Haftarın nəzarətindəki Binqazi şəhərinə aparılıb.

Avstraliya, Fransa, Malt, Güney Afrika, İngiltərə və ABŞ vətəndaşlarından ibarət olan qrup rəsmi olaraq Liviyaya “geofizik araşdırma” adı altında gəlib, lakin onların xüsusi təyinatlı qrup olduğu və əsas məqsədin Türkiyənin Liviya Milli Razılıq Hökumətinə dəstəyinin qarşısını almaq olduğu deyilir.

Qrupda təmsil olunan 20 nəfər döyüş, strategiya və bir sıra hərbi məsələlər üzrə mütəxəsislərdir, onlar Haftara Türkiyə ilə müharibə aparmasına kömək edəcək.

Qeyd edək ki, bu gizli qrupdan əlavə, İran, Rusiya, Misir, Səudiyyə Ərəbistanı, Ərəb Əmirliyi və Bəşar əsədin də Türkiyəyə qarşı Liviyada birləşməsi göz qabağındadır.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın