Cümə , Aprel 19 2024
azfa

Britaniya da dəniz piyadalarını körfəzə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün körfəzə xüsusi təyinatlılar göndərmək niyyətindədir.

Bu barədə “Tayms” qəzeti məlumat yayıb.

Qəzet yazıb ki, Oman körfəzində tankerlərə zərbə endirilməsi faciə ilə yekunlaşa bilər. Buna görə də Böyük Britaniya regiona 100 dəniz piyadası göndərməyi planlaşdırır. Çevik reaksiya qüvvələri rolunu oynayacaq 100 dəniz piyadasının Böyük Britaniyanın Bəhreyndəki dəniz bazasında yerləşdirilməsi nəzərdə tutulub. Həmin hərbçilərin vəzifəsi Fras körfəzində patrul xidməti həyata keçirmək, Hörmuz boğazında hərbi və ticarət gəmilərini qorumaqdır. 100 dəniz piyadasının konkret nə zaman regiona göndəriləcəyi bu gün hökumət tərəfindən müəyyənləşdiriləcək.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın