Britaniya körfəzə daha bir hərbi gəmi göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya HMS Kent hərbi gəmisini körfəzə göndərib. Bu məlumatı “Deyli Meyl” qəzeti məlumat yayıb.

Məlumata görə, bu gəmi körfəzdə HMS Dunkan gəmisini əvəz edəcək. HMS Kent körfəzdə gəmilərin hərəkətinin təhlükəsizliyi missiyasını icra edəcək.

Bir həftə əvvəl Britaniyanın Müdafiə naziri Ben Uollas ölkəsinin ABŞ-ın rəhbərlik etdiyi dəniz koalisiyasına üzv olduğunu rəsmi şəkildə açıqlayıb: “Hörmüz Boğazında beynəlxalq həll yolu əldə etmək üçün biz ABŞ və digər müttəfiqlərimizlə işimizi davam etdirəcəyik”.

Hərbi gəminin komananı Endi Brovn da bildirib: “Körfəzdə əsas məqsədimiz mövcud gərginliyin səviyyəsini azaltmağa çalışmaqdır. Ancaq bununla yanaşı, dənizi naviqasiya azadlığını qorumağa və beynəlxalq daşımaların təhlükəsizliyini təmin etməyə sadiqik”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın