Çərşənbə , Aprel 24 2024
azfa

Bu gün Atatürkün əbədiyyətə qovuşması gündür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Atatürkün əbədiyyətə qovuşması gündür. Türkiyədə və dünyanın müxtəlif yerlərində bununla bağlı müxtəlif mərasimlər keçirilir.

Ankaradakı rəsmi mərasimlərin ilk ünvanı Anıtkabir oldu. Rəcəb Tayyib Ərdoğan dövlət əyanları ilə birlikdə Atütürkün mavzoleyini ziyarət edərək məzarı başına çələng qoydu, bir dəqiqəlik sükutla yad etdi.

Türkiyə cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədiyyətə qovuşmasının 81-ci ilində bütün ölkədə mərasimlərlə xatırlanır.

Paytaxt Ankaradakı rəsmi mərasimlərin ilk ünvanı Anıtkabir oldu. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət əyanları ilə birlikdə Atatürkün mavzoleyini ziyarət edərək məzarı başına çələng qoydu, bir dəqiqəlik sükutla yad etdi.

Anıtkabirin Xatirə Dəftərinə Ərdoğan bu sözləri yazdı:

“Qurtuluş Savaşımızın baş komandanı, cümhuriyyətimizin qurucusu, ilk respublika başçısımız Qazi Mustafa Kamal Atatürkün axirətə köçməsinin 81-ci ildönümündə onu bir daha rəhmətlə yad edirik.

Mərhum Atatürk silah yoldaşları ilə min ildir bu torpaqları bizə vətən etmək üçün mübarizə aparan şəhidlərimiz və qazilərimizdir, onların əziz xatirələri xalqımızın ürəyində həmişə yaşayacaq. Bizə əmanət qoyduqları respublikamızı əbədi yaşamaq, yaşatmaq, inkişaf etdirmək, möhkəmdirmək üçün bütün gücümüzlə bu yola davam edəcəyik. Ruhları şad olsun.”

10 noyabrda Atatürkün həyata gözlərini yumduğu İstanbuldakı Dolmabahçe Sarayı da səhərin erkən saatlarından ziyarətçi axınına uğrayıb. Vətəndaşlar ulu öndər Atatürkün dünyasını dəyişdiyi saat 09.05-də onu Türkiyə himni və hörmət duruşu ilə yad edib, yollardakı maşınlar bu axışa qatılıb, sürücülər siqnal verərək həmrəylik nümayiş etdiriblər.

Kapadokyada isə isti hava balonlarına Türkiyə bayrağı və Atatürkün şəkilləri asılıb.

Nevşehirin Göreme diyarından səhərin erkən saatlarından səmaya buraxılan şarlar “pəri bacaları”, təbii qayalar və vadilər üzərindən uçaraq təxminən bir saat boyu havada süzüblər.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın