Cümə axşamı , Mart 28 2024
azfa

Cəbhədən son xəbərlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd “Smerç” və 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd “Osa” ZRK, 1 ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat yayılıb.

Həmçinin Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə Ermənistanın silahlı qüvvələri cəbhədən kənarda olan Ağcabədinin Qiyaməddinli kəndini atəşə tutub. Dağıntı və xəsarət alanlar yoxdur..

Azərbaycan Müdafiə Nazirliyi həmçinin bildirib ki, Azərbaycan ordumuzun qadağan olunmuş heç bir silah və sursatı yoxdur.

Məlumatda bildirilir ki, Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.

“Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür”, – MN qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.

Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın