Cümə , Aprel 19 2024
azfa

Cənab Mikayıl Oytanın Türkiyənin Barış Pinarı- antiterror əməliyyatı ilə bağlı müraciəti

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri və Avstraliya Azərbaycan Assosasiyasının Prezidenti sayın Mikayıl Oyta Avstraliyanın Baş naziri cənab Skott Morrisona müraciət edərək Türkiyənin antiterror əməliyyatının haqlı olması barədə məlumat vermişdir. Sayın Oytanın məktubunu əks etdiririk:

Avstraliya Azərbaycan Assosasiyasının prezidenti Mikayıl Oyta Avstraliyanın Baş naziri cənab Skott Morrisona müraciət edərək, qardaş ölkə Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış pınarı” hərbi əməliyyatları barəsində icmanın mövqeyini ifadə etmişdir. Cənab Oyta, hərbi əməiyyatların Türkiyənin milli təhlükəsizliyini təmin edərək, evlərindən qaçqın düşən əhalinin geriyə qaytarılmasına nail olmaq hədəfi daşıdığını, Avstraliya höküməti və federal parlamentini Türkiyəyə dəstək olmağa dəvət etmişdir.

Məktubun ikinci hissəsində münaqişənin tarixinə diqqət çəkilərək Avstraliya və Birləşmiş Millətlər Təşkilatının (BMT) 2004-cü ildə PKK-nı rəsmi şəkildə terror qruplaşması olaraq tanıması xatırladılmışdır. Suriyada ayaqlanan İŞİD terror qruplaşmasının zülmündən qaçan 5 milyondan çox qaçqının 4 milyondan çox hissənin Türkiyəni təhlükəsiz sığınacaq olaraq görməsi və qardaş ölkənin öz daxili resurslarının istifadə edərək həmin qaçqınlara dəstək olması bir daha vurğunlanmışdır.

Cənab Oyta son olaraq “Barış pınarı” əməliyatlarının beynəlxalq arenada, xüsusilə media qurumlarının kürd əhaliyə qarşı aparılması cəhdi kimi təqdim edilməsinin birmənalı şəkildə qəsdən edildiyini vurğulayıb. Müraciətin sonunda hərbi əməliyyatların ən qısa zamanda başa çataraq, qaçqın düşən əhalinin əvvəlki şəratinə qaytarılması və regionda sülhün, əmin amanlığın bərpa olunması üçün Avstraliya hökümətinin Türkiyəyə dəstək olmasının vacibliyi qeyd edilmişdir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın