Cümə axşamı , Mart 28 2024
azfa

Çanaqqala Zəfərinin 104-cü ildönümü qeyd olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Türkiyədə şəhidləri anım günü və Çanaqqala Dəniz Zəfərinin 104-cü ildönümü mərasimlərlə qeyd olunub.

Həmin gün münasibətilə Çanaqqalada mərasim keçirildi.

Cümhuriyyət meydanındakı mərasimdə Prezident Kabineti adından Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Türkiyə Silahlı Qüvvələri adından Çanaqqala boğazı və Qarnizon komandanı admiral Ləvənt Kərim ilə Çanaqala valisi Orxan Tavlı və Bələdiyyə sədri Ülgür Gökhan tərəfindən Atatürk abidəsinə əklil qoyuldu.

Bu əsnada “TCG Burgazada” gəmisindən 21 ədəd top atışı oldu.

Mərasim ehtiram duruşu və İstiqlal himninin səsləndirilməsilə davam etdi.

Daha sonra Türkiyə Böyük Millət Məclisi tərəfindən 1994-cü ildə 253 min şəhidin xatirəsinə 3972 nömrəli qanunla Çanaqqalaya verilən “Çanaqqala keçilməz” yazılı qızıl medal nazir Hulusi Akar və müşayiətindəkilər tərəfindən Türk bayrağına sancılaraq dalğalandırıldı.

Mərasimdə Çanaqqala Onsəkiz Mart Universiteti rektoru Prof. Dr. Yücəl Acər və Adələt və İnkişaf Partiyasının vilayət üzrə sədri Gültəkin Yıldız,, Avstraliyanın Ankara səfiri Mark İnnes-Brovn, Avropa Hərbi İşlər üzrə admiral Quy Howtorn və Hökumət Hərbi attəşəsi polkovnik Rçhırd Campbəl, Yeni Zelandiyanın Ankara səfiri Vendy hinton, Hökumət Hərbi attəşəsi porpolkovnik (yarbay) Emma Tomas ilə hərbi və sivil səlahiyyətlilər iştirak etdi.

Mərasimdən sonra Avstraliya ilə Yeni Zelandiyadan gələn qonaqlar və mərasimdə iştirak edən vətəndaşlarla bir müddət söhbət edən nazir Hulusi Akar daha sonra Çanaqqala boğaz və Qarnizon Komandanlığına keçərək tədqiqat apardı.

Rəcəb Tayyib Ərdoğan 18 mart Stadionunda təşkil ediləcək 18 Mart şəhidləri anım günü və Çanaqqala Zəfərinin 104-cü ildönümü mərasimlərinə qatılacaq.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın