Şənbə , Aprel 20 2024
azfa

Məqalələr

Doktor Həsən Səfəri: Yenigün bayramı necə Novruz oldu

GADTB: Bu gün Novruz adı ilə türklər başda olmaqla bir çox Şərq xalqlarının keçirdiyi bayram müxtəlif adlarla, xüsusilə Yengigün adı ilə min illərdir türklərdə mövcuddur. Mahmud Kaşğarlı “Divan-i Lüğət-it-türk” əsərində türklərin yaz bayramını ”Yengigün“ (Yenigün) adlandırmasını qeyd edib.1 Min il öncə Qəznəlilər və onlardan sonra Səlcuq hökmdarları tərəfindən Yengigün bayramı …

Ətraflı oxu »

Azərbaycan türklərinin ad dəyişmə tarixindən

GADTB: Qafqaz türklərinin böyük əksəriyyəti tarix boyu bir ərazidən digərinə köçürülərək öz əzəli tarixindən uzaqlaşdırılmış, uzun illər öz kimliyini dərk etmək imkanı tapmamışlar. Azərbaycan adlı coğrafiyada yaşayan türklərin də tarixi ərazilərinin parçalanması nəticəsində zaman-zaman tarixini itirməsi və kimliyindən uzaqlaşması halları baş vermişdir. Məqalədə hal-hazırda azərbaycanlı adlandırılan, yalnız Azərbaycan Respublikasında deyil …

Ətraflı oxu »

Yusif Vəzir Çəmənzəminlinin “qızlar bulağı” romanında şumer motivləri

GADTB: Y.V.Çəmənzəminli çox araşdırılmış, haqqında çox yazılmış yazıçılarımızdandır. Onun haqqında yazılmış sanballı monoqrafiyalar və yüzlərlə məqalələr bu fikri söyləməyə əsas verir. Lakin Yusif Vəzir nə qədər araşdırılsa da, onun əsərlərindəki bir çox məsələlər hələ də işıqlandırılmamışdır. Bu da həmin əsərlərə yenidən qayıtmağı, onları bu günün tələbləri baxımından təhlil müstəvisinə gətirib …

Ətraflı oxu »

Buddizmi qəbul etmiş qədim türk boyları

GADTB: Skif mənşəli ailəyə mənsub olan Budda b.e.ə.560-cı ildə Şimali Hindistanın Karilavuttu şəhərində dünyaya gəlib. Buddaya görə doğulmaq iztirabdır və bu iztirabı arzu (hissiyat, cinsi zövq), qocalıq, ölüm kimi iztirablar təqib edir. İnsan iztirablardan ancaq arzu hissini söndürərək xilas ola bilər. İztirabların sona çatdığı yer isə Nirvanadır. Nirvana bədənin olmadığı …

Ətraflı oxu »

Anadolu Türklərinin soyqırımı; Sevr Müqaviləsi əsasında Türkiyəni parçalama planı (1920)

GADTB: Osmanlı arxivlərində 1914-1921-ci illər aralığında ermənilərin həyata keçirdiyi kütləvi qırğınlara aid faktlar 07.03.1915 Rus əsgərlərinin erməni çətələri ilə birlikdə Van, Qars, Ərdəhan, Bitlis, Məmurətül-əziz, Diyarbəkir, Trabzon və Ərzurumda yapdıqları qırğın, qəsb, təcavüz, işgəncə, ihrak (tonqalda yandırma) və b. insanlıq suçlarına aid ayrıntılı bilgi. (HR.SYS.2872/1; İslam Ahalinin Düçar Oldukları Mezalim …

Ətraflı oxu »

Azərbaycanda Sovet hakimiyyətinin qurulması və mühacirətin formalaşması

GADTB: 1920-ci ilin aprelindən Sovet Rusiyasının xarici siyasətində Azərbaycanı işğal etmək ön plana çəkilmişdir ki,bu da fevral ayından etibarən həyata keçirilməyə başlandı.1920-ci ilin yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyəti Versal Ali Şurasında de-fakto tanınmış və bu hadisə Azərbaycan tarixində misilsiz iz buraxmışdır.Lakin AXC-nin de-yure tanınması aprel ayına qədər baş tutmamış və …

Ətraflı oxu »

Alban (Qafqaz) kilsəsinin ləğvi – 1836. bu necə baş verdi?

GADTB: Eçmiədzində meydana gələn erməni kilsə tarixi ədəbiyyatından fərqli olaraq, keçmiş İstanbul patriarxı Malaxiya Ormanian fransız dilindən rus dilinə tərcümə edilmiş kitabında (1913) Alban kilsəsi haqqında yazır ki, Xəzər Albaniyası taxtı XIX əsrin əvvəllərində ləğv olunmuşdur [1], yəni o, Alban kilsəsinin ləğvini etiraf edir. Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin …

Ətraflı oxu »

Azerbaycan Türkiye ilişkileri ve 15 Eylül 1918 Bakü zaferi

GADTB: 28 Mayıs 1918 yılında Azerbaycan bağımsızlığını ilan etmiştir. Böylece Türk Dünyasında ve  Müslüman Doğuda Azerbaycan  ilk Cumhuriyeti kurarak tarihe geçmiştir. O tarihten  günümüze 102 yıl geçmiştir. Cumhurbaşkanı sayın İlham Aliyev tarafından imzalanan, 16 Mayıs 2017 tarihli  kararla 2018 Cumhuriyet yılı  ilan edilmiş, aynı yıl Azerbaycan ve Kafkas İslam Ordusu …

Ətraflı oxu »

Orta əsrlər Azərbaycan tarixinə dair xarici tarixşünaslığa tənqidi baxış

GADTB: Orta əsrlər dövründə (Azərbaycanda dünya tarix elmindən fərqli olaraq Ora Əsrlər III – XVIII əsrləri əhatə edir – B. Q.) Azərbaycan öncə Sasanilərin, sonra da ərəblərin işğalına məruz qalmış, ardından XI əsrdə Səlcuqlu imperiyasını tərkibinə qatılmış və bu torpaqlara yürüş edən moğollar tərəfindən burada qırğınlar törədilmişdir. Elxanilər tərəfindən mərkəz …

Ətraflı oxu »

Adı bir ordu gücündə olan – Xosrov bəy Sultanov

GADTB: Xosrov Paşa bəy oğlu Sultanov Azərbaycan siyasi tarixində ilk hərbi nazir, Qarabağın General-qubernatoru, Azərbaycan siyasi mühacirətinin əsas simalarından biri kimi xatırlanır. Xosrov bəy hərbiçi olmasada, mülki şəxs olaraq Azərbaycanın ilk hərbi naziri kimi adı tarixə düşüb. O 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kurdhacı (Qasımuşağı) kəndində(indiki …

Ətraflı oxu »