Şənbə , Aprel 20 2024
azfa

“CBS” telekanalı Səudiyyə Ərəbistanına hücum əmrini Xameneyinin verdiyi və İrana qarşı qisas planı hazırlandığını yazıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ dövlət katibi Tehranı Ər-Riyada qarşı “müharibə aktı” etməkdə günahlandırdıqdan bir neçə saat sonra, Amerikanın CBS telekanalı öz mənbələrinə istinadən Səudiyyə Ərəbistanının ərazisində Aramco şirkətinin neft obyektlərinə hücumun Ayətullah Xameneyinin birbaşa göstərişi ilə edildiyini bildirib.

Məlumatda, həmçinin “İranın neft obyektlərinə və İslam Keşikçiləri Korpusuna qarşı qisas zərbələri planının hazır olduğu” deyilir.

Avqustun 18-i yaydığı məlumatda mənbənin adını qeyd etməyən CBS televiziya kanalının məlumatına görə, İslam Respublikası lideri Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum planına bu şərtlə yaşıl işıq yandırıb ki, İranın müdaxiləsinin “təkzib edilməsi mümkün olsun”.

CBS telekanalının ABŞ Müdafiə Nazirliyi- Pentaqondakı müxbiri yaydığı məlumatda həmçinin “İnqilab Keşikçiləri Korpusunun hücuma hazırlaşdığını göstərən” peyk görüntülərinin olduğunu bildirib.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Bir cavab yazın