Cümə axşamı , Aprel 25 2024
azfa

Çin qazax türklərinin Şərqi Türküstandan Qazaxıstana köçməyə məcbur etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin uyğur türkləri ilə yanaşı düşərgələrə həbs etdiyi qazax türklərini Şərqi Türküstanda ana vətənlərini çinlilərə verib Qazaxıstana köçməyə məcbur etdi.

Qazaxıstanın xarici işlər nazirinin müavininin verdiyi məlumata görə,  Çin dövləti Şərqi Türküstan və ya Uyğur Muxtar Bölgəsində “yenidən təhsil” adı altında əritmə və məhvetmə düşərgələrində saxlanılan qazaxların ana yurdlarından Qazaxıstana köçmələrinə icazə verib.

2 min nəfər qazax türkü Çin vətəndaşlığını atıb Qazaxıstana köçəcəklər.

Hələlik çinli səlahiyyətlilər bu mövzu barədə açıqlama verməyiblər.

Qeyd edək ki, Çin Şərqi Türküstanı II Dünya müharibəsi dövründə işğal edib və həmin dövrdən uyğur türkləri niməhv etməklə məşğuldur. Son dövrlərdə isə 3 milyondan çox uyğur türkünü düşərgələrdə həbs edərək əritmə və məhvetmə siyasətini kəskinləşdirib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın