Cümə axşamı , Mart 28 2024
azfa

Çin Şərqi Türküstanı dünyadan ayırıb məhv etmək üçün xaricdə yaşayan uyğurları həbs edir

GADTB-nin Mətbuat Mərkəzinin Amerikanın səsinə istinadən yaydığı məlumata görə, Çin hakimiyyəti uyğur mənşəli xarici vətəndaşları həbs etməkdə davam edir. Ekspertlərin fikrincə bu, Pekin Şərqi Türküstana (Sincan vilayətinə) hər hansı bir girişin qarşısını almaq üçün Pekin tərəfindən göstərilən səylərin bir hissəsidir.

Amerikanın Səsinə müsahibə verən bir neçə uyğur əsilli xarici ölkə vətəndaşı Çinə gəldikdən sonra ya özlərinin, ya da ailə üzvlərinin nəzarət altına alındıqlarını deyiblər. Saxlanılan xarici vətəndaşların həbsə və ev dustaqlığına məhkum edildiyi, hətta “təhsil düşərgələri” adlandırılan düşərgələrə göndərildiyi, bəzilərinin isə ölkələrinə qaytarıldığı deyilir.

İstanbuldan olan Türkiyə vətəndaşı Xanqiz Qurban Amerikanın Səsinə verdiyi müsahibəsində valideynləri – əslən Sincandan olan Türkiyə vətəndaşları, 54 yaşlı Yəhya Qurban və 51 yaşlı Əminə Qurbanın 2017-ci ilin sentyabr ayının 11-də biznes məqsədilə getdikləri Sincan Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçidə həbs edildiklərini deyib.

“Anamdan səsi titrəyə-titrəyə Pekindəki Türkiyə səfirliyi ilə əlaqə saxlamağımı və onlar üçün bir şey etmələrini istədiyinı dediyi mesajı aldım. Axırıncı dəfə valideynlərimdən həmin gün xəbər almışdım” – deyə, Xanqız bildirib.

Uyğur mənşəli digər bir Türkiyə vətəndaşı Müyəssər Temel Amerikanın Səsinə müsahibəsində 40 yaşlı qardaşı Mehmet Emin Nasirin 2017-ci ilin sonlarında Kaşqarda sahibi olduğu türk pərdə mağazasında həbs edildiyini deyib.

“Türkiyənin Pekindəki səfirliyinə, Ankaradakı Xarici İşlər Nazirliyinə və Türkiyə Prezident Aparatına zəng vurduq. Onların cavabı “Gözləyin, biz bu iş üzərində işləyirik” oldu”, Müyəssər Temel bildirib.

Amerikanın Səsi Türkiyənin Xarici İşlər Nazirliyi və Pekindəki səfirliyi ilə əlaqə saxlasa da, məsələ ilə bağlı şərh ala bilməyib.

Keçən ilin aprel ayında Çində həbs olunan Türkiyə vətəndaşları ilə bağlı sualın cavabında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onların evlərinə qaytarılması üçün hökumətin bütün səviyyələrdə diplomatik vasitələrdən istifadə etdiyini deyib.

“Dünyadakı vətəndaşlarımızın üzləşdikləri problemlər və bununla bağlı şikayətlər xarici ölkələrdəki nümayəndələrimiz tərəfindən yaxından izlənilir. Problemlərin həlli üçün bütün diplomatik və hüquqi vasitələrdən istifadə olunur və vətəndaşlarımıza lazımi hüquqi, iqtisadi və sosial dəstək verilir ” – deyə, Çavuşoğlu yazılı cavabında bildirib.

Etnik olaraq türk, dini mənsubiyyətinə görə müsəlman olan uyğur əhalinin sayının 12 milyon olduğu təxmin edilir. Onların 90 faizdən çoxunun Çinin şimal-qərb bölgəsindəki Sincanda, ata-baba yurdlarında yaşadıqlarına inanılır. Uyğurların qalan hissəsi isə Qazaxıstan, Qırğızıstan kimi qonşu Orta Asiya dövlətlərində, Türkiyə və Qərb ölkələrində yaşayır.

2017-ci ildən bəri Çin 1,8 milyon uyğur və digər azsaylı etnik müsəlmanları həbs edərək, dinlərindən dönmələri üçün kütləvi həbs düşərgələrinə göndərməkdə ittiham olunur. Düşərgələrdən xaricində olanların isə xarici dünyaya çıxışı olmadan, dövlət tərəfindən ciddi nəzarəti altında olduğuna inanılır.

Beynəlxalq araşdırmaçı jurnalistlər qrupu noyabr ayında Çin hökümətinin rəsmi sənədləri arasında əldə etdiyi bir neçə sənədi nəşr etdi. Bu sənədlərdən rəsmilərin 2017-ci ildə səhərd rəsmiləri və polisə uyğur mənşəli xarici ölkə vətəndaşlarının saxlanması haqda göstəriş verdiyi göstərilir. Jurnalistlərin əldə etdiyi sənədlər Sincanda durumla bağlı sızdırılan 2-ci çox nadir sənədlər toplusu idi.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın