Cümə , Aprel 19 2024
azfa

Çin uyğur türklərini məhv etmə istiqamətində Qurani-Kərimi də dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin uyğur türklərini məhv etmə istiqamətində Qurani-Kərim və s. dini kitabları da dəyişir.

Çinin iqtidardakı Kommunist Partiyası “Qurani-Kərim”, “İncil” kitabları və Buddist Sutralarının ideologiyalarına və mədəniyyətlərinə uyğun olmadığını bildirərək kitabın yenidən yazılması üçün hərəkətə keçib.

Maoist partiya dini kitabların hər sətrini yenidən dəyərləndirəcək və lazımi yerlərdə dəyişiklik aparılacaq.

Belə ki, noyabr ayında Kommunist Partiyasının daimi üzvü və Baş nazirin köməkçisi Vanq Yanqın rəhbərliyində ölkənin ən önəmli dini inanc qruplarının təmsilçilərinin dəvəti ilə simpozium keçirilib. Vanq ölkədəki dinlərin Çin mədəniyyəti və Kommunit Partiyası doktrinaları ilə uyğunlaşmadığını bildirib.

Çinin “Xinhua” dövlət agentliyinin yayımladığı toplantıda dini mətnlərin əksiksiz formada dəyərləndirilməsi və uyğun olmayan yerlərin dəyişdirilməsi, mətnlərin yenidən tərcümə olunması haqqında qərar qəbul edilib.

Fransanın “Le Figaro” nəşrinin xəbərinə görə, əsas kultların təmsilçilərinin bir araya gəldiyi bu simpozium oktyabr ayının sonunda Kommunist Partiyasının toplantısında verilən qərarların tətbiqi üçün keçirilib.

“EuroNews”un xəbərinə görə, Çinin Kommunist Partiyası xarici ölkələrin təsirindən müstəqil, maoist ideologiyaya bağlı bir həyat modeli yaratmağı hədəfləyir. Bunun üçün xarici ölkələrin müdaxilə bəhanəsi kimi gördüyü dinləri çinliləşdirmək istəyir.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın