Şənbə , Aprel 20 2024
azfa

Çinin korona testləri kimi Rusiyanın da korona testləri səhv nəticə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin korona testləri kimi Rusiyanın da korona testləri səhv nəticə verib. Nəticədə Belarus belə Rusiya korona testlərindən imtina edib.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, Belarus Rusiya istehsalı koronavirus testlərindən onların səhv nəticələr verməsinə görə imtina edib.

Kulakeşko deyib: “Çox test edirik, amma sizə açıq şəkildə deməliyəm ki, testlər heç bir şeyə yaramır. Burada rusiyalıları Rusiya testləri ilə tədqiq etdik, 15 nəfərdə nəticə müsbət çıxdı. Rusiya testlərindən imtina etdik, Çin testlərindən yararlandıq və yalnız 1 nəfərdə koronavirus çıxdı”.

Qeyd edək ki, Belarus Rusiyadan almağı planlaşdırdığı 30 min koronavirus testindən imtina edib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın