Çinin uyğur türklərinə qarşı zülmü ABŞ konqresmenlərini də narahat edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Çinin Şərqi Türküstanda uyğur türklərinə qarşı zülmü və ağla sığmayan qeyri-insanı hərəkətləri ABŞ konqresmenlərini də narahat etməyə başlayıb.

ABŞ konqresmeni Kristofer Smit prezident Trampı Çin prezidenti Tsi Cimpinqlə gürüşü zamanı Çinin müsəlman uyğurlara qarşı kütləvi nəzarət siyasətini qaldırmağa çağırıb.

Respublikaçı senator Marko Rubio ilə birgə Konresin baş icraçı komitəsinin həmsədri Çinin Sincan vilayətində uyğurların hüquqlarının pozulmasını qınayan qətnamə təqdim edib.

Pekin artıq uzun zamandır bu siyasətinə görə təzyiqlər altındadır. Belə ki, bu ölkədə uyğurlar, qazaxlar və digər azlıqlar repressiyalara məruz qalır. Çin isə dini ekstremizlə mübarizə apardığını iddia edir.

Uyğurlar Sincanda (Şərqi türküstanda) əsrlərlə yaşayır və region əhalisinin 45 faizini, çinlilər isə 40 faizini təşkil edir.

Çinlilər və uyğurlar arasındakı ən ciddi gərginlik 2009-cu ildə müşahidə olunub. Çinin cənubunda iki uyğurun öldürülməsi Sincanda kütləvi iğtişaşlara səbəb oldu.

Polis etirazları qəddarlıqla yatırdı. Lakin radikallar müqaviməti davam etdirdi və onlarla insanın ölümünə səbəb olan terror hücumları törətdi.

Qeyd edək ki, Çin dövləti Şərqi Türküstanı işğal etdiyi gündən çinliləşdirməyə cəhd edir və çoxsaylı çinliləri bu türk ərazisinə köçürməklə bölgənin etnik tərkibini dəyişmək istəyir. Üstəlik uyğurlara qeyri-insani zülmlə bu türkləri öz doğma diyarında məhv etmək istəyir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın