Çinin uyğur türklərinə qarşı zülmü kəskinləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çində Şərqi Türküstan Universitetinin ətraf ərazilərində uyğur türkçəsi ilə yazılan nəqliyyat lövhələrinin üzəri örtülüb.

Bu barədə jurnalistlərə sözügedən universitetin tələbələri məlumat verib. Məluamta görə, həmçinin Çin polisi bu yaxınlarda müsəlmanlara aid məscidlərdən birinə basqın edərək xeyli sayda insanı həbs edib:

“Səhərdən axşama qədər, gecə yatmazdan əvvəl hər an izlənirik. Qaçmaq imkansızdır. İnancımızın müalicəyə ehtiyacı olan virus olduğunu deyirlər”.

Çində insan hüquqlarının pozulmasını sübut edən foto və videoları yayan 45 jurnalist casusluq və dövləti parçalamaq ittihamı ilə saxlanılıb. Sözügedən jurnalistlərin işgəncə verilərək dindirildiyi bildirilir.

Çinin Şərqi Türküstan ərazisində yoxsulluqla mübarizə və işlə təmin etmək adı ilə yeritdiyi siyasət nəticəsində 103 nəfər müxtəlif bölgələrə sürgün edilib. Daha 3000 nəfərin də sürgünə göndəriləcəyi qeyd edilir.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın