Culfada işçilər əmək haqları ödənilməydiyi üçün etiraz aksiyası keçirib – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, uzun müddətdir əmək haqlarını ala bilməyən Culfa tekstil şirkətinin işçiləri etiraz aksiyası keçiriblər.

Araz Azad Ticarət və Sənaye Zonasında fəaliyyət göstərən “Culfakaran” tekstil şirkətinin işçiləri sentyabrın 10-də ticarət zonasının iqtisadi işlər üzrə direktor müavinin ofisi qarşısında toplanaraq problemlərinin həll edilməsini tələb ediblər.

Hazırda bu fabrikin əsas istehsal bölmələrindən ikisi xammal çatışmazlığı səbəbindən fəaliyyət göstərmir.

Qeyd edək ki, irqçi fars rejimin dağıdıcı siyasəti nəticəsində ölkədə acınacaqlı vəziyyət hökm sürür və “Culfakaran” şirkəti də ölkədə yaşanan xarici valyuta böhranından sonra istehsal üçün lazım olan xammalı təmin etməkdə problemlə qarşılaşıb.

Əvvəllər 1000 nəfərə yaxın işçisi olan şirkətində hazırda 250 nəfərə yaxın işçisi və onlara əmək haqqı verilmir.

Culfada azərbaycanlı işçiləri əməh haqlarının verilməməsinə etiraz edir

Publicerat av Ali Huseyn Torsdag 10 september 2020

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın