Bazar , Dekabr 15 2019
azfa

Dənizli bəzi futbalçuların İrana gəlmək istəmədiyini etiraf etdi

İrqçi fars rejimin xoşagəlməz siyasətinə görə Güney Azərbaycanın Traxtur komandasına idmançı cəlb etməkdə çətinlik çəkən Dənizli bəzi futbalçuların İrana gəlmək istəmədiyini etiraf edib.

Məşhur türkiyəli məşqçi “Traktor”u yenidən rəqibləri arasında çempiona çevirməyə çalışır.

Baş məşqçi açıqlamalarında Stramaccio və Calderon ilə rəqabət etməkdən qorxmadığını ifadə edib.

Premyer Liqanın başlanğıcını gecikdirdiyinə görə çox tənqid olunan yeni menecer Mustafa Dənizli İran liqasında ən hazırlıqlı komandalardan birinə sahib olduğuna inandığını və komandasının çempionluq üçün əsas iddiaçılardan biri ola biləcəyini deyib.

“Liqaya başlamaq üçün belə bir gecikmə gözləmirdim və bu, mütləq komandamın ziyanına olacaq. Bu gecikmə, komandanın proqramlarını dəyişdirməsinə və oyunçular üçün zərərə səbəb olacaq. Liqanın başlama tarixi 5 mordad olmalı idi ki, 10 mordad ayına dəyişdirildi və açılış oyununun oynanılacağı elan edildi. Fərqli oyunlarda oynaya biləcək yaxşı oyunçularım var. Amma ümumilikdə zamanı sıxışdırma heç bir komanda üçün yaxşı deyil, çaşdırıcı ola bilər. ”, – deyə, məşqçi vurğulayıb.

Qalan fürsətdə iki oyunçu cəlb etmək niyyətindəyik. Bəziləri bahalıdır, bəzi oyunçular İrana gəlmək istəmirlər. Bu məsələlər transfer işimizi çətinləşdirdi. Çempionluq vəd etmirəm, amma komandam ilə birlikdə bütün səyimizlə Premyer Liqaya və FA Kubokuna gedib, hər ikisini qazanmağı hədəfə almışıq.

Həmçinin yoxlayın

Türkiyə Patriot raketlər almaq üçün ABŞ-a sorğu göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Doha (Qətər) …

Azərbaycanlı milli fəal Əli İbrahiminin zaminə buraxılması üçün girov təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi yaxaladıqları azərbaycanlı milli-mədəni fəal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir