Danılmaz video-görüntü İran-molla rejiminin antimüsəlman və Antiazərbaycan xislətini sübut etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın-fars-molla rejimi beynəlxalq qanunları pozaraq Azərbaycanın erməni işğalında olan Dağlıq Qarabağ bölgəsinə TIR-larla yanacaq daşıdığı barədə ermənilər anlı şəkildə video yayıblar. Beləliklə, İranın irqçi və antimüsəlman fars-molla rejiminin mahiyyəti bir daha danılmaz faktlarla ortaya çıxdı.

Hakimiyyətə gəldiyi 1979-cu ildəm 1 milyondan çox müsəlmanın İran adlanan ərazidə, İran-İraq müharibəsində isə bir milyona yaxın müsəlmanın, son onillikdə də Suriya, İraq, Livan və Yəməndə bir milyona yaxın müsəlmanın qətliamında birbaşa iştirak edən fars molla rejimi uyğur müsəlmanlarının qatili olan kommunist və dinsiz Çinin vassalına çevrildiyinə də artıq farslar özləri də danılmaz faktlarla etiraf ediblər.

İrqçi fars-molla rejiminin beynəlxalq qanunları pozaraq müsəlmanların düşməni erməni işğalçılarına Dağlıq Qarabağda TIR-larla yanacaqvə qida daşıması faktı isə bu cinayətkar rejimin antimüəslman və terrorçu olduğunu bir daha danılmaz faktlarla sübut etdi. Lakin utanmadan danılmaz faktların ortada olmasına baxmayaraq molla rejimi baş vermiş faktı hər zamankı kimi yalan danışaraq təkzib edir.

Halbuki, İrana aid TIR-ların Xankəndiyə yanacaq daşıdığı barədə video-görüntünü Xankəndidə yaşayan erməni mənşəli şəxs yayıb və o videoda açıq-aydın görünən İran yük maşınlarının Xankəndiyə gəlməsinə belə etiraz edib. İddia edib ki, gətirilən ucuz neft Saakyanın cibinə axır, əvəzində isə Dağlıq Qarabağda yaşayan ermənilər arasında koronavirusun yayılması riski artır.

Antimüsəlman fars-molla rejiminin Azərbaycandakı səfirliyi İrana məxsus yük avtomobillərinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən videogörüntüləri utanmadan təkzib edir. Lakin fakt faktdır və yalan danışıb təkzib etməklə heç nə dəyişmir.

Yalan yuvası öz bəyanatında deyib: “Azərbaycan mətbuatında İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edərək bildiririk ki, Tehran-Bakı əlaqələrinin hərtərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar.

Azərbaycan Respublikasının hörmətli xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışmışlar. Göründüyü kimi, sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır. Azərbaycan KİV-lərindən gözləntimiz budur ki, hər hansı bir xəbəri yaymazdan öncə bu xəbərin doğruluğunu dəqiqləşdirsinlər və etibarlı mənbələr olmadan xəbər yaymaqdan çəkinsinlər”.

Lakin bütün bu yalanlar bir tərəfə ortada danılmaz fakt bir tərəfə. Bu yalanların və qarşısında danılmaz faktın özlüyü fars-molla rejiminin riyakarlığı, cinayətkarlığı, antimüsəlman xislətini güzgü kimi gözlər önünə sərir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın