Çərşənbə , Aprel 24 2024
azfa

Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadənin Türkiyənin Zəfər Bayramı münasibətilə mesajı

GADTB: 98 il öncə 1922-ci il avqustun 30-da Türk Dünyasının ümid yeri Türkiyəmizdə Böyük Mustafa Kamal Atatürkün başkumandanlığında Dumlupınarda qazanılan böyük qələbə Zəfər Bayramı adlanmışdır. Bu bayram Türkiyə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr, türk düşmənləri arasında paylaşdırılması planlarının qarşısının alınmasında çox önəmli rol oynamışdır. Böyük Mustafa Kamal Atatürkün başçılıq etdiyi türk milləti bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar vermişdir.

İşğalçı orduların Türkiyə sərhədlərindən çıxarılması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq Türkiyə torpaqlarının geri alındığı günü təmsil edir. Bu zəfər əslində təkcə Türkiyənin deyil, Güney Azərbaycanın, eləcə də bütün türk dünyasının zəfəridir.

Milyonlarla türkün qanı bahası ilə qazanılan qələbə bəşər tarixinin ən ağır sınaqlarından keçmiş bir milli zəfərdir. Bütün dünyanın düşmən çabalarına qarşı yeni Türkiyənin yaranması insan iradəsini ortaya qoymuş oldu. GADTB olaraq bu böyük bayram münasibətilə bütün Türk soydaşlarımızı təbrik edirik.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), eləcə də şəxsən öz adımdan bu bayram münasibətilə böyük türk dövlətini, türk millətini və Türk Dünyasını təbrik edirəm.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Bir cavab yazın