Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 28 May Azərbaycan Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə bildirişi

GADTB: 28 May Azərbaycan Cümhuriyyətinin yaranmasının ildönümüdür. Azərbaycan türk milləti tarix boyu böyük imperatorluqlar qursa da, müasir dövrdə sırf Məhəmməd Əmin Rəsulzadənin səyi ilə 1918-ci il may ayının 28-də modern və demokratik Azərbaycan Cümhuriyyətini qurmuşdur.

Ruslarla Qacar dövlətinin müharibəsi nəticəsində parçalanmış Azərbaycanın yalnız Quzey hissəsində müstəqil Azərbaycan Cümhuriyyəti qurulsa da Azərbaycanın Güney hissəsi olmaqla böyük hissələri əsarət altına salınmışdır. 1918-ci il may ayının 28-də Türk Dünyası və ümumiyyətlə Şərq aləmində ilk demokratik, pluralist və dünyəvi Azərbaycan dövlətinin yaranması parçalanmış Azərbaycanın bütün hissələrinin dövlətidir və əslində Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan türk millətinin çoxəsrlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında çağdaş  dövrdə davamıdır. Təsadüfi deyildir ki, Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti həm də Güney Azərbaycanın müstəqilliyini bərpa edib Azərbaycan türk cümhuriyyəti qurmasına ən ideal model kimi gündəmdədir.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyytlərini birləşdirən yeni bir dövlət və cəmiyyət nümunəsi olmuşdur. 23 ay qısa bir zamanda, həyata keçirilən tədbirlərlə bənzəri görünməmiş köklü dəyişikliklərə imza atan dövlət, özəlliklə müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənlşdirilməsi baxımından mühüm addımlar atmışdır. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində döyüş qabiliyyətinə malik Azərbaycan ordusunu təşkil etmiş, dövlət quruculuğunun bütün sahələrində səmərəli iş aparılmış və yeni, milli tələblərə və demokratik prinsiplərə uyğun olan dövlət orqanları qurulmuşdu. Müstəqil Azərbaycanın bayrağı, himni və digər dövlət atributları Azərbaycan Xalq Cümhuriyyətində qəbul edilmiş, Azərbaycanın tarixində ilk universitet – Bakı Dövlət Universiteti yaradılmış, təhsilin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması sahəsində Azərbaycan türk millətinin sonrakı mədəni tərəqqisi üçün əsaslı zəminə çevrilən bir sıra önəmli işlər görülmüşdür. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan türk millətinin müasir dövr dövlətçiliyinin və dövlətinin banisidir.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqil Azərbaycan Cümhuriyyəti təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövlətidir. Bu dövlət Güney Azərbaycanda dövlətin və Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi və ideya qaynağıdır. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Xalq Cümhuriyyətinin davamı olan müstəqil Azərbaycan Cümhuriyyətini dünya azərbaycanlılarının müstəqil dövləti hesab edir və Cümhuriyyətin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilliyi və Bütöv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir. Azərbaycan türkləri Güney Azərbaycanda Güneyimizin milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda gördükləri üçün Xalq Cümhuriyətini özlərinə nümunə  götürmüşlər.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın