Donald Tramp: “PKK İŞİD-dən daha pisdir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp PKK/YPG-nin İŞİD-dən daha pis olduğunu etiraf edib.

O Türkiyənin Fəratın şərqindəki “Barış bulağı” hərəkatı ilə bağlı yeni açıqlamalar verib.

Prezident Donald Tramp Ağ Evdə İtaliya Prezidenti Serdjo Matarella ilə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ rəsmi Ankaranın Suriyadakı son fəaliyyətləri ilə bağlı Türkiyəyə sanksiyalar tətbiq etməyi, bölgədə savaşmaqdan daha üstün hesab edir.

PKK/YPG-nin İŞİD-lə mübarizəsində ABŞ-dan dəstək aldığı zamanlarda bölgədə daha yaxşı döyüşdüklərini vurğulayan Tramp deyib ki, hazırda PKK İŞİD-dən daha pisdir: “Kürdlər vuruşmağı yaxşı bilir, amma onlar da mələk deyil, bizimlə əməkdaşlıq etdikləri zaman onlara çox pul xərclədik”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın