Dünya Ana Dili Günü mərasiminə görə həbsə məhkum edilənlər Apelyasiya məhkəməsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Dünya Ana Dili Günü mərasimi keçirdiklərinə görə həbsə məhkum etdiyi azərbaycanlı fəalları Apelyasiya məhkəməsinə çağırıb.

Məlumata görə, tanınmış azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafinin Apelyasiya Məhkəməsi dekabr ayının 23-də keçiriləcək.

Qeyd edək ki, irqçi fars rejimi adları çəkilən azərbaycanlı fəalları 2014-cü ildə Tehranın İslamşəhr bölgəsində adi Dünya Ana Dili Günü mərasimi keçirdiklərinə görə həbs etmişdi. Fəallar heç bir günahı olmadan rejim tərəfindən ilkin məhkəmə stansiyasında hər biri 10 il həbsə və 2 il sürgünə məhkum edilmişlər.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın