Şənbə , Aprel 20 2024
azfa

Dünyanı fəlakətlə qarşı-qarşıya qoyan Çin reallığı əks etdirən karikaturaya qəzəbləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyanı insan fəlakətilə üz-üzə qoyan Çin diktator rejimi Çin karonavirusu ilə bağlı Danimarkanın Karikatura jurnalının nəşr etdiyi karikaturaya qəzəblənib.

Həmin karikaturada haqlı olaraq Çin kommunist dövlətinin bayrağında ulduzların yerinə Çin koronavirusu əks etdirilib.

Qəzəblənən Çin rejiminin Kopenhagendəki səfirliyi təmsil etdiyi dövlətin məsuliyyətsizliyi üzündən bütün dünyanı iflic edən əməlindən utanmadan həqiqəti əks etdirən bu karikatura jurnalını məhkəməyə verəcəyini bildirib.  

Jurnalın baş redaktoru isə buna cavab olaraq bildirib ki, səhv hesab edilməyən işə görə üzr istəməyi özümüzə borc bilmirik və məqsədimiz Çini təhqir etmək deyil.

Danimrkanın baş naziri isə Çinin bu diktatorsayağı hərəkətinə rekasiya verərək bildirib ki, Danimarkada söz azadlığı karikatura nəşrinə də şamil edilir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın