Cümə axşamı , Mart 28 2024
azfa

Ekspertlər Həsən Ruhaninin Urmiya gölü ilə bağlı yalanını üzə çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin prezidenti Həsən Ruhani bu yaxınlarda keçirilən iclasda yenə Urmiya gölünü bərpa etdiyini iddia edib. O deyib ki, “Urmiyə gölü qurtarılmasaydı, indi Təbriz əhalidən boşalmışdı və heç kim Təbrizə sərmayə yatırmayacaqdı”.

Ekspertlər isə Ruhaninin iddiasının həqiqəti əks etdirmədiyini bildirirlər. Onlar  deyirlər ki, Urmiya gölünün vəziyyətinin yaxşılaşması Urmiya Gölü Bərpa Mərkəzinin fəaliyyətləri ilə yox, son illərdə artan yağışlarla bağlıdır və əslində göl bərpa edilməyib.

“Risalət” qazetinə müsahibə verən tədqiqatçı və su sesursları mütəxəssisi Nasir Xəyyat Xalqi illər əvvələ görə gölün vəziyyətinin yaxşılaşdığını desə də, bildirib ki, göl tam şəkildə bərpa olunmayıb: “Göl illər əvvəl tam quruma ərəfəsindəydi, ancaq gölün forması göstərir ki, onun ekoloji səviyyəsi 1274.1 sm-dir və bu səviyyəyə çatmasına hələ çox qalır”.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın