Çərşənbə , İyul 17 2019
azfa

Eldar Qaradağlı – RƏSUL QULİYEV KİMƏ QUYRUQ SALLAYIR?

Sizcə kimə? Məncə bir başa Tehranın faşist rejiminə! 

Rəsul Quliyev göründüyü qədərilə bambuli deyil! O, üzdən iraq kitab sahibi bir siyasət adamıdır. O, özünü o yola(!) vurmaqla sadəcə quyruq bulamaqla uğraşır. Bugün kimsə qalxıb deyərsə Güney Azərbaycanda (Onun ifadəsilə İranda) assimilasiya yoxdur! Dəli, ağılsız, cahil və geri qafalı adlanar! Lakin, bu adam nə qədər də geriqafalı olsa belə, assimilasiya gərçəyini bilməmiş deyildir!

O, vaxtıyla Azərbaycan petrolunun xortumu olmuş bir karrupsiya ustadıdır. O, vaxtıyla Azərbaycan Milli Məclis zirvəsinə dırmanmış bir dələduzluq uzmanıdır. Onun kimilərin milləti də, dövləti də, ölkəsi də, vicdanı da para, para və paranın gətirdiyi üstün ehtiraslarıdır.

Rəsul Quliyev kimi çürümüş qulluqçuların ABŞ-dan Tehran rasistlərinə mesaj göndərmələrinin alışqanıyıq. Rəsul Quliyevdən də öncə bir çox Güneyli manqortun öz xalqına qarşı alçaq girişimi az olmamışdır. Lakin, Güneyin vulqan kimi coşqusunun qarşısında bu xayinlərin həvəsi qursağında qaldı. Bəlli ki, panfaşizmin Azərbaycan türklərinə qarşı strategiyası güneyli-quzeyli siyasətçilərin ən zayif halqalarını hədəfə almışdır.

Tehran rejiminin yeni kuklasının gülünc iddiasına görə, İranda assimilasiya yoxdur! Halbu ki, Tehranın şiə-farsçı rejiminin içindən “İranda şiddətli etnik ayrı-seçgiliyi var!” səsləri banqır-banqır səslənir. BMT-nin illik hesabatında İran xalqların (etniklərin) dustağıdır raporu yayılır. 40 milyonluq Türk toplumu ilə birgə 20 milyonluq başqa qeyri fars millətlərin bircə məktəbi olmayan İran adlanan yerdə,“assimilasiya yoxdur!!!!!”sözü, ulduzları danmaq kimi cahalət deyil də nədir bəs!?

Quliyevə görə, Güneylilər (təbrizlilər) Azərbaycanla birləşmək deyil, Quzeyi keçmiş kimi İrana qaytarmaq istəyirlər. “Ruslar bizi işğal etdilər. Biz işğal olmasaydın indi iranlı adlanırdıq!!!!!!” Quliyevin quyruq bulaması burda da qalmayır. O, Panfaşist farsçı rejimin qusuntularını yalaya-yalaya iranin 17 quzey əyaləti iddiasını gündəmə gətirməyə çalışır. Sankı buyuruq beleymiş ki:“Rəsul… Sən Güney bəlasını başımızdan uzaqlaşdırmağa çalış, bizə lobbı fiqoru ol, biz isə sənin Azəybaycana prezident olma arzunu xalqının içində saport etməyə çalışaq! Öncə nökərçiliyini isbat et! Sonrasına baxarıq!”

Quzeyimizin müstəq olduğu gündən başlanan “Rəsul Quliyev”lər xayinliyi gizli-saxlı bir sir deyil! Millət və dövlətimizin bu yöndə 25-illik acı təcrübəsi vardır. Artıq, çürümüş siyasətbazların xınasının boyası qalmamışdır.

Quliyev, Güneyin ülviyyətinə toxunaraq meydanda qalmaq istəyirsə BUYURSUN! Ancaq, bunu bilsin ki, Güneyin meşələri Bozqurdlarla doludur. Bu meşələrdə çaqqallara yer yoxdur!!!

ELDAR QARADAĞLI

2018-02-17

Həmçinin yoxlayın

Həkimə Əhmədi aclıq aksiyasını nəticə verdikdən sonra aksiyanı dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hüquqlarının pozulduğuna etiraz olaraq rejimin Marağadakı zindanında aclıq …

Rusiya işağlı Ermənistan üçün yeni Atom Elektrik Stansiyası tikir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan hökuməti Rusiya tərəfinin ölkədə yeni atom elektrik …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir