Cümə axşamı , Mart 28 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə cəzalandırılan Həkimə Əhmədini İran yenidən həbsə atdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın həbs və işgəncəyə məruz qoyduğu Həkimə Əhmədi mülki vəsiqə girov qoymasına baxmayaraq rejim tərəfindən yenə həbsə atıldı.

O Təbrizdə rejimin məhkəməsinin sonuncu iclasında 16 saylı şöbəyə çağırılaraq, ordan qeyri- qanuni olaraq 11 saylı polis bölməsinə, daha sonra isə Təbriz zindanına köçürülüb. Halbuki, azərbaycanlı fəal bir müddət əvvəl məhkəməyə 100 milyon tümənlik mülki girov qoymaqla zaminə çıxıb.

Rejimin Təbrizdəki məhkəməsinin 16 saylı şöbəsinin rəisi qanunsuz şəkildə fəalın yenidən müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümənlik yeni mülki vəsiqə tələb edib və yenidən fəalı zindana salıb.

Qeyd edək ki, Həkimə Əhmədi 12 digər milli- mədəni fəalla birlikdə oktyabrın 18-də məhkəməyə çağırılmış və Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə ibtidai istintaq dövründə ona qarşı “ictimai asayişi pozmaq” ittihamı irəli sürülmüşdür.

Azərbaycanlı fəala qarşı həbs və işgəncədən əlavə onun ölkədən çıxışına da qadağa qoyulub.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Urmiya bələdiyyəsi voleybol üzrə Premyer Liqanın final mərhələsinə yüksəlmək ərəfəsindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,Urmiya Bələdiyyəsinin voleybol komandası bu axşam Premyer Voleybol Liqasının …

Bir cavab yazın