Çərşənbə axşamı , Noyabr 24 2020
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Əkbər Mühaciri zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İranın yaxaladığı azərbaycanlı fəal Əkbər Mühaciri rejimin Təbrizdəki mərkəzi zindanına köçürülüb.

Təbriz sakini olan azərbaycanlı fəalın 5 gün əvvəl ETTELAAT-ın müvəqqəti saxlama təcridxanasından həmin zindana köçürüldüyü bildirilir.

Əkbər Mühaciri azərbaycanlı fəallar Rəsul Rəzəvi və Hüseyn Məhəmmədianla birlikdə qanunsuz həbs edilmələrinə etiraz əlaməti olaraq oktyabrın 21-dən həbsxanada aclıq aksiyası elan etmişdi.

Əkbər Mühaciri oktyabrın 17-də, Güney Azərbaycan şəhərlərində Azərbaycan Orudusuna dəstək və Nurduz gömrüyünün bağlanması tələbi ilə keçirilən aksiyalardan 1 gün qabaq Təbrizdə öz evində həbs edilib.

Fəallara qarşı hansı ittihamların irəli sürülməsi ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Türkiyə Ermənistanın hərbi cinayətlərini bir hesabatla dünyaya elan edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Ombudsman İnstitutu tərəfindən Ermənistan ordusu tərəfindən Azərbaycanın …

Mikayil Oyta erməni vandalizmi və hərbi cinayətlərilə bağlı BMT və Avstraliya rəsmilərinə məktubla müraciət etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Avstraliya Assosiyası Prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir