Şənbə , Aprel 20 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi fəallardan 5-dən hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiklərinə görə İranın Təbriz və Culfada yaxaladığı azərbaycanlı fəallardan 5-dən hələ də xəbər yoxdur.

Ermənipərəst İran rejimi Güney Azərbaycanda Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi hərbi əməliyyatlarına dəstək məqsədilə keçirilmiş aksiyalar zamanı Şərqi Azərbaycan vilayətinin şəhərlərində saxlanılan həmin fəallar- Rəsul Rəzəvi, Hüseyn Əmir Hicri, Hüseyn Məhəmmədiyan, Səid Sultani və Babək Kiyumərsinin harda saxlanmamaları və sağlamlıq vəziyyətləri barədə məlumat yoxdur.

Hüseyn Əmir Hicri, Rəsul Rəzəvi və Hüseyn Məhəmmədiyan 17 oktyabr tarixində Təbriz şəhərində saxlanılıb naməlum istiqamətə aparıldıqdan sonra bu günə qədər ailələri ilə bir dəfə belə əlaqə saxlamayıblar. Onların harada, hansı şəraitdə saxlanmaları, eləcə də sağlamlıq vəziyyətləri barədə heç bir məlumat yoxdur.

Oktyabrın 4-də Culfa şəhərində, iş yerlərində heç bir məhkəmə sənədi göstərilmədən həbs edilən digər 2 fəal- Səid Sultani və Babək Kiyumərsidən də heç bir məlumat verilmir.

Rejimin  Təbrizdəki İnqilab Məhkəməsinin 16-cı şöbəsində keçirilmiş məhkəmə prosesində hakim Seyyid Əli Musavi “cinayət işi”nin başa çatmamasını bəhanə edərək, fəalların mülki vəsiqə qarşılığında zaminə buraxılmaları ilə bağlı qərar çıxarmaqdan imtina edib. Rejim fəalların ailələrinə də onlar barədə heç bir məlumat vermir.

‍Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Terrorçu kürdlərin Sulduzda soyqırım törətmələrinin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 20-də Urmiyada Sulduzda terrorçu kürdlərin törətdiyi soyqırımla …

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Bir cavab yazın