Erməni təcavüzünü pislədiyinə görə İranın yaxaladığı fəalla görüş keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilidə bir qrup azərbaycanlı fəal zaminə buraxılan Səccad Colani ilə görüşüb.

Azərbaycanlı fəal Səccad Colani görüş zamanı onlara sağlamlıq vəziyyəti, eləcə də tutulma forması və döyülməsindan savayı, digər həbs edilmiş fəallarla bağlı məlumat verib.

Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiklərinə görə İranın yaxaladığı azərbaycanlı fəallar Səccad Colani Məhəmməd Colani ilə birlikdə hərəsi 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Ərbədil zindanından zaminə buraxılıb. Rejim onlarla birlikdə 20 nəfər milli-mədəni fəalı Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiklərinə görə döyərək həbs etmişdi.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın