Cümə , Aprel 19 2024
azfa

Ermənilərdən Xocalı soyqırımını törətmələrinə ilə bağlı etiraf – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilər zaman-zaman Xocalı soyqırımını törətmələrinə etiraf ediblər.

Serj Sarkisyan: “Xocalıya qədər azərbaycanlılarda belə bir stereotip var idi ki, ermənilər dinc sakinlərə əl qaldırmayacaqlar. Biz bu stereotipi qırdıq”.

Tomas de Vaalın “Qara bağ” kitabından

Turkustan.info  Ermənistan vətəndaşlarının Xocalı soyqırımı ilə bağlı səsləndirmiş olduğu fikirləri təqdim edir:

Erməni jurnalist Suzan Caqinyan Serj Sarkisyanın prezident olduğu dövrdəki bəyanatını anlaya bilmədiyini deyib: “Sarkisyan Xocalıdakı cinayətlərin ermənilərin dinc sakinləri öldürə bilmədikləri haqda streotipi qırmış olduğunu deyib. Bu hadisə Ermənistanın o dövrkü rəhbərliyi tərəfindən öncədən planlaşdırılmışdı və Sarkisyanın fikirləri onun şəxsi qisas hissi ilə bağlıdır. Bu cinayətlərin mənim millətimin nümayəndələri tərəfindən törədildiyinə inanmaq istəmirdim. Buna baxmayaraq, bu tarixi faktdır və bununla hesablaşmaq lazımdır”.

“Birincisi, Sarkisyan ermənilərin adından danışa bilməz. İkincisi, onun bütün cinayətlərini bir kənara qoysaq və yalnız bu ifadəsi Robert Köçəryanın ermənilərin azərbaycanlılarla genetik uyğunsuzluğu barədə söylədiyi fikirlərə bərabərdir. Və bu onları Haaqa tribunalında faşizmin təbliğinə görə mühakimə etmək üçün əsas verir”, – deyə erməni hüquq müdafiəçisi Vaan Martirosyan qeyd edib.

Ermənistan vətəndaşı Sergey Culakyan bildirib ki, Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Köçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Seyran Saroyan, Marvel Qriqoryanın adları keçir.

“Mən çox utanıram ki, bu insanlar mənim ölkəmi idarə edirlər. Ancaq ümid edirəm ki, onlar tezliklə beynəlxalq tribunalın önünə çıxarılacaqlar”, deyə S.Culakyan demişdir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın