Cümə , Aprel 19 2024
azfa

Ermənistana ağır silahları göndərdiklərini danan İran rəsmiləri ifşa olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Azərbaycandakı səfirliyi, eləcə də digər İran rəsmilərinin İrandan işğalçı Ermənistan ağır silahların daşımaması ilə bağlı yalanları mötəbər faktlarla ifşa olundu.

İranın yalan məlumat yaydığı bir vaxtda Ermənistan bu ölkəyə Nurduz Gömrük Məntəqəsindən ağır silahların tırlarla keçməyini göstərən şəkli yaymaqla Rusiyadan alınan ağır silahların İran yolu ilə Ermənistana daxil olması barədə məlumat yayıb.

Bununla yanaşı rejimin Şərqi Azərbaycana təyin etdiyi rəsmilərdən Şərqi Azərbaycan valisinin siyasi məsələlər üzrə müavini Rastqu həyəcanla İrandan tırlarla Ermənistana texnikanın göndərilməsi xəbərini təsdiq edərək deyib ki, onlar Rusiyan göndərilib və yalnız İran onları Ermənistana tranzit etməkdədir.

Qeyd edək ki, son günlər Ənzəli limanından onlarla tırlara yüklənmiş ağır hərbi texnika İran rejimi vasitəsilə Ermənistana daşınır. İranın müxtəlif rəsmiləri danılmaz faktların olmasına baxmayaraq yalan danışmaqla məsələni danıb və Azərbaycan ictimaiyyətini barmağına dolayırlar.

Terrorçu Sepahın Təsnim saytının müxbiri Ukrayna təyyarəsinin guya vurulmaması barədə necə yalan məlumat yazmışdısa, Ermənistana silahların göndərilməsini o şəkildə yalan məlumatla danmışdır.

İranın Azərbaycandakı səfiri ilə Azərbaycan xalqını və Azərbaycan dövlətini barmağına dolayaraq mötəbər faktları danaraq deyib: “Silahların və ya terror qruplaşmalarına bağlı qüvvələrin İran İslam Respublikası ərazisindən Ermənistana keçirilməsi ilə əlaqəli əsassız xəbərlərin dərc edilməsini və təkrarlanmasını qətiyyətlə rədd edir və Azərbaycan Respublikasındakı uzunmüddətli hədəfləri üçün zəmin yaratmaq məqsədilə İranın nüfuzuna xələl gətirməyə ehtiyacı olan bəzi üçüncü tərəflərin səylərindən təəssüflənir.

İran İslam Respublikasının müvafiq rəsmi qurumları tərəfindən aparılan araşdırma və sorğulara görə, virtual şəbəkələrdə təsvir olunan saxta və şübhəli filmlərdə təsvir olunan silah və şəxslərin heç biri doğru deyil. Bu təbliğat şantajlarının əsas məqsədi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq və dostluq münasibətlərini korlamaqdır”.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın