Cümə axşamı , Oktyabr 29 2020
azfa

Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə bağlı sayın Mikayı Oytanın Avstraliya rəbbərliyinə müraciəti-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyası Prezidenti və Güney Azərvaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayı Oyta işğalçı Ermənistanın Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzünü ifşa məqsədi Avstraliya Federal Dövlətinin baş naziri İskot Morison, eləcə də bu ölkənin senatorlara, Federal dövlətin və əyalətin rəsmilərinə məktubla müraciət edib.

Sayın Mikayıl Oyta sentyabrın 28-də göndərdiyi məktubunda Ermənistanın iyulun 12-də Tovuzdan Azərbaycana hərbi təcavüzə başladığı və onun ardınca 2020-ci il sentyabrın 27-də səhər saat 6-dan bütün cəbhə boyu geniş miqyasda Azərbaycan ərazilərinə hərbi təcavüz etdiyi qeyd edilib.

Sayın Oyta işğalçı Ermənistanın ordusunun sivil əhali və uşaqları bombalayaraq öldürdüyü və Azərbaycanın yalnız əks hücumla öz ərazisində özünü müdafiə etdiyini qeyd edib.

Məktubda həmçinin BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin qeydsiz-şərtsiz və dərhal Ermənistan ordusu tərəfindən boşaldılması zərurətinə dair 4 qətnaməsi, eləcə də s. beynəlxalq təşkilatların oxşar qətnamələrinin Ermənistanın dağıdıcı siyasəti üzündən icra edilmədiyi və 1 milyondan artıq azərbaycanlının öz ev-eşiyindən didərgin düşdüyü və s. Azərbaycan həqiqətləri qeyd edilib.

Məktubun ingiliscə mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi Məqsud Baqiri Gülzar zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə …

İşğalçı Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan işğalçı Ermənistanın iki Su-25 təyyarəsini məhv etdi. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir