Cümə , Aprel 19 2024
azfa

Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi fəallara azqadlıq tələbilə şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi fəallara azqadlıq tələbilə Güney Azərbaycanın Ərdəbil şəhərində divarlarında şüarlar yazıblar.

Azərbaycanlı fəalların oktyabrın 26-da Ərdəbil şəhərində milli fəalların qanunsuz həbs edilməsinə etiraz olaraq yazdığı şüarlar arasında “Azərbaycanlı sənətçilər və siyası fəalları azad buraxın”, “Qarabağa dəstək olan fəalları azad buraxın” və s. velə şüarlar var.

Sentyabrın 28-də Azərbaycan ordusuna dəstək olmaq üçün və həmçinin İran-Ermənistan sərhəd keçid bölgəsinin qapadılmasını tələb etmək məqsədi ilə Ərdəbilin Ciral parkında keçirilən mitinqdə bir çox sayda milli fəal həbs edilib və ağır işgəncələrə məruz qalıblar.

Ərdəbildə həbs olunan milli fəallar Əsgər Əkbərzadə, Əli Xeyrcu, Bəhmən Xeyrcu, Müctaba Pərvin, Murtuza Pərvin, Mustafa Pərvin, Meysəm Colani ilə Mehdi Huşmənd məhkəmə tərəfindən onların azaldığı üçün təyin olunan 500 milyon tümənlik zəmanətə baxmayaraq, hələ də Ərdəbil-Səreyin arasında yerləşən Şam Əsbi bölgəsindəki həsxanada saxlanılırlar.

Sentyabrın 28-dən bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər nəzarət altına alınıb. Araz Süleymani Amerikanın Səsinə müsahibədə tutulanlardan 100-dən artıq nəfərin adlarının dəqiqləşdirildiyini qeyd etmişdi.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Amnesty İnternational da Güney Azərbaycanın müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeydsiz-şərtsiz azad edilmələrini istəyib.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın