Cümə axşamı , Oktyabr 29 2020
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi fəal it-bat edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın xristianlarının müsəlman ölkəsi Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə antiislam Xamenei rejimi tərəfindən 13 gün əvvəl həbs edilən azərbaycanlı milli- mədəni fəal Zeynal Tənhayidən xəbər yoxdur.

Azərbaycanlı fəalın yaxınları bildirirlər ki, dəfələrlə məhkəmə və təhlükəsizlik orqanları rəsmilərinə müraciət etsələr də, onun yaxalanma səbəbi, eləcə də ona qarşı elan edilmiş ittiham və harda saxlanması barədə məlumat verməyiblər.

Güney Azərbaycanda İranın işğalçı Ermənistana hərbi texnikalar göndərməsinə qarşı küçirilən kütləvi etirazlardan sonra oktyabrın 3-də ermənipərəst İranın təhlükəsizlik məmurları azərbaycanlı fəal Zeynal Tənhayinin evinə hücum edərək, heç bir məhkəmə sənədi göstərmədən onu döyərək həbs edib, özləri ilə naməlum istiqamətdə aparıblar.

Rejimin məmurları həmçinin fəalın və həyat yoldaşının şəxsi əşyaları və mobil telefonunu da müsadirə edərək özləri ilə aparıblar.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İşğalçı Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan işğalçı Ermənistanın iki Su-25 təyyarəsini məhv etdi. …

Ermənistanın 3-cü ordu korpusunda üsyan başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın 3-cü ordu korpusunun alaylarından birində qiyam baş …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir