Cümə axşamı , Aprel 18 2024
azfa

Erməni təcavüzünü pislədiklərinə görə İranın həbs etdiyi azərbaycanlı xanimlar zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiklərinə görə antiislam İran rejiminin yaxaladığı azərbaycanlı xanım fəallardan 10-u ağır mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiklərinə görə İran rejiminin yaxaladığı azərbaycanlı xanımlar Mina Vəlipur, Sara Turi və Məlihə (Həbibə) Bərqi 190 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı xanımlar Şima Almasi, Fatimə İbrahimzadə, Məhtab Əsğərinejad və Aylın Şirzadi (ana və qız) isə hər biri 40 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Fatimə İbrahimzadənin 13 yaşlı qızı Kövsər Neməti ayın 18-dəki aksiyada yaxalanıb rejimin təhlükəsizlik qüvvələrində 24 saat saxlandıqdan sonra buraxılıb.

Səkinə Əbdi isə 3 gün həbsdə saxlandıqdan sonra xəstəlik səbəbindən azad edilib.

Qeyd edək ki, oktyabrın 18-də Güney Azərbaycan şəhərlərində Nurduzun bağlanması tələbi və İranın Ermənistana dəstəklərinə qarşı keçirilmiş aksiyada çoxlu sayda qadın milli fəal da tutulub.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin quru olduğunu göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya gölünün son peyk görüntüləri gölün şimal hissəsinin …

Sayın Mikayil bəy Oyta SEPAH terror təşkilatı ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Bir cavab yazın