Cümə axşamı , Mart 28 2024
azfa

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi 3 azərbaycanlı fəal zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İranın 2 həftə öncə yaxaladığı 3 nəfər azərbaycanlı fəal – Rəsul Rəzəvi, Hüseyn Əmir-Hicri və Hüseyn Məhəmmədian mülki vəsiqə qarşısında zaminə buraxıldı.

Azərbaycanlı fəalların hər biri oktyabrın 31-də 200 milyon tümənlik mülki zəmanət qarşılığında azad edilib. Onların mühakimə prosesi Təbriz İnqilab Məhkəməsində davam edəcək.

Rejimin təhlükəsizlik qüvvələri Rəsul Rəzəvi, Hüseyn Əmir-Hicri və Hüseyn Məhəmmədian, habelə bir çox digər fəalı mitinqdən bir gün əvvəl saxlamışdılar. Üç siyasi fəal təqribən 10 gün kəşfiyat qurumunun həbsxanasında sorğu-sual edildikdən sonra sərbəst buraxılana qədər Təbrizin mərkəzi həbsxanasına göndərilmişdi.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın