Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi azərbaycanlı fəallardan məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı azərbaycanlı fəallar “Səid Sultani” və “Babək Kiyumərsi”nin həbsindən 35 gün keçməsinə baxmayaraq onların taleyi haqqında ailələrinə məlumat verilmir. Bu isə azərbaycanlı fəalların ciddi narahatlığına səbəb olub.

Babək Kiyumərsinin bacısı Sumeyra Kiyumərsi bu barədə öz teleqram hesabında məlumat paylaşıb.

Adı çəkilən milli fəallar Təbriz şəhərinin ETTELAAT idarəsinin təcridxanasında saxlanılırlar. Qarabağın işğaldan azad edilməsi üçün Azərbaycan ordusuna dəstək aksiyalarında iki milli fəalla yanaşı çox sayda insan həbs edilmişdi. Həbs edilənlərin çoxunun girov müqabilində azadlığa buraxılmalarına baxmayaraq, adı çəkilən milli fəallar həbsdə saxlanılıb.

Təbriz məhkəməsinin 16-cı şöbəsinin müstəntiqi “Seyid Əli Musəvi” “istintaq işinin yekunlaşmadığı” bəhanəsi ilə milli fəalların girov müqabilində azadlığa buraxılmalarına mane olur.

Güney Azərbaycanın Culfa şəhərindən olan azərbaycanlı fəallar oktyabın 4-də ETTELAAT-ın Təbrizdən Culfaya göndərilmiş dəstəsi tərəfindən iş yerlərində saxlanılıblar.

 Rejimin ETTELAAT İdarəsinin məmurları Səid Sultanini tutuduqdan sonra onun evində axtarış apararaq, fəalın şəxsi avtomobili, mobil telefonu, kitabları və komputerini müsadirə ediblər.

Hər iki fəal keçmişdə də, apardıqları fəaliyyətlərinə görə həbs ediliblər.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın